İdman

London derbisi: “Arsenal” öz meydanında uduzdu – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında XIX turun daha bir oyunu başa çatıb.

London derbisində “Arsenal” və “Vest Hem” komandaları üz-üzə gəlib.

İlk hissənin əvvəlində, 13-cü dəqiqədə Tomas Souçek görüşdə hesabı açaraq “Vest Hem”i irəli çıxarıb. İkinci hissənin 55-ci dəqiqəsində isə Konstantinos Mavropanos fərqi artırıb – 2:0. Oyun elə bu hesabla da yekunlaşıb.

Hazırda “Arsenal” turnir cədvəlində ikinci yerdədir. Komanda 19 görüşdən 40 xal toplayıb. “Vest Hem” isə yeddincidir. Klubun aktivində 33 xal var.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir