Dünya

KİV: Ukrayna taxıl ixracına dair sazişi imzaladı

Sharing is caring!

Ukrayna, Türkiyə və BMT taxıl ixracına dair saziş imzalayıb. Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş imzalayıblar. Eyni sənəd yaxın vaxtlarda Türkiyə, BMT və Rusiya nümayəndələri tərəfindən də imzalanmalıdır.

Bildirilir ki, sənədə əsasən, “Odessa”, “Çernomorsk” və “Cənub” (“Yujnıy”) limanlarına nəzarət Ukrayna tərəfində qalır. Bu limanlarda taxıl, digər ərzaq və gübrələrin ixracını təmin etməli olan gəmilərdən başqa digərləri istisna edilir.

Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin köməkçisi Mixail Podolyak “Twitter”də yazmışdı ki, Moskva və Kiyev birbaşa olaraq öz aralarında taxılla bağlı müqavilə imzalamağı planlaşdırmırlar. Onun sözlərinə görə, ölkələr ayrı-ayrılıqda Türkiyə və BMT ilə taxılla bağlı müqavilələr imzalayacaq.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya, Ukrayna, Türkiyə və BMT arasında Qara dəniz limanlarından Ukrayna taxılının ixracına dair sazişi imzalamaq üçün İstanbula səfər edib. Sənədin imzalanma mərasimi iyulun 22-də saat 16:30-da İstanbulda baş tutacaq. Tədbir Dolmabağça sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə keçiriləcək. Qeyd olunur ki, Şoyqu Türkiyənin müdafiə naziri Hulusi Akarla da görüşməyi planlaşdırır.

Mənbə: Strana.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir