Dünya

Rza Pəhləvi: “İranın ali rəhbəri Moskvada oxuyub” – VİDEO

Sharing is caring!


Üç gün əvvəl ABŞ-də yaşayan İran şahzadəsi Rza Pəhləvi tanınmış bloger Patrik Bet-Davidə verdiyi üç saatlıq müsahibədə İranın çağdaş siyasi tarixi ilə bağlı bir çox maraqlı, hətta sensasiya sayıla biləcək açıqlamalar verib.

Bu barədə “Azad İran” “Youtube” kanalı məlumat yayıb.

“SAVAK-ın həbs etdiyi şəxslər Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) rəhbərliyi altında Livanın Biqa vadisindəki Fələstin düşərgəsində terrorçuluq təlimi keçən Əli Xameneyi kimi adamlar idi”, – deyə Rza Pəhləvi şah dövründə ölkənin təhlükəsizlik orqanı olan SAVAK-ın siyasi müxalifləri təqib etməsi və zindana atması barədə sualı cavablandırarkən bildirib.

Şahzadənin hazırkı İran rəhbəri haqqında dediyi bu sözlər Ayətullah Xameneyinin Sovet İttifaqı və onun DTK ilə əlaqələri barədə müzakirələrə yol açıb, o cümlədən Xameneyinin vaxtilə Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində oxuması ilə bağlı mövzu yenidən gündəmə gəlib.

Xameneyinin KQB-nin himayəsində olan və o dövrün terminologiyası ilə desək, üçüncü dünya ölkələri üçün SSRİ-nin hədəflərinə uyğun elitanın formalaşdırılmasına xidmət edən sözügedən universitetdə təhsil alması barədə fikirlər 2010-cu il fevralın 5-də Rusiyanın “Russia Today” (RT) dövlət televiziya kanalının yaydığı bir reportaja əsaslanır.

Kanalın müxbiri Marina Zarubin Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin 50 illiyi ilə bağlı ingilis dilində hazırladığı süjetdə bildirir ki, universitetin məzunları arasında çoxlu yüksək səviyyəli və tanınmış siyasi xadimlər vardır, bu sırada İranın ali lideri Əli Xameneyi və Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas qeyd oluna bilər.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir