Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə pevənd olunanların sayı açıqlandı – FOTO

Sharing is caring!

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 544 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 145, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 181, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 28 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 923 821, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 240, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 445, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 392 100, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 036 nəfər təşkil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir