Tədbirlər

Şəhid Əbdülməcid Axundovun 30 illik yubileyi münasibətilə məzunu olduğu Azərbaycan Texniki Universitetdə xatirə gecəsi kecirildi – FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, 2016-cı ilin şanlı Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun 30 illik yubileyi münasibətilə məzunu olduğu Azərbaycan Texniki Universitetində xatirə gecəsi kecirildi. Tədbirdə şəhid haqqında çəkilmiş “Mən səninləyəm Ana Vətən” bədii-sənədli film nümayiş olunmuşdur. Tədbirdə şəhid ailələri, qazilər, ziyalılar, ictimai birliklərin nümayəndələri, universitetin müəllim və tələbələri iştirak etmişdir. “Gənc Mühəndislər Cəmiyyəti” İctimai Birliyinin təsis etdiyi “Gənc mühəndis Əbdülməcid Axundov” mükafatını Birliyin sədri Elvin Səfərli Azərbaycan Texniki Universitetin “Energetika və avtomatika fakültəsinin tələbəsi, Vətən müharibəsi iştirakçısı Əliağa Həsənova təqdim etdi.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir