İdman

Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər

Sharing is caring!

Keçmiş dünya çempionları Mayk Tayson və Roy Cons arasında dörd çəki dərəcəsində Dünya Boks Şurasının (WBC) “Black Lives Matter” xüsusi adı uğrunda döyüş keçiriləcək.

Bu barədə “BoxingScene” xəbər yayıb.

Tayson və Cons arasındakı şou döyüşü 28 noyabrda baş tutacaq.

Peşəkar karyerasında Tayson 58 döyüşdə 50 qələbə qazanıb (44 nokautla) və iki dəfə məğlubiyyətlə üzləşib. Daha iki döyüş etibarsız sayılıb. O, son döyüşünü 2005-ci ildə keçirib.

Consun isə ümumilikdə 66 qələbə və doqquz məğlubiyyəti var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir