Siyasət

Naxçıvanda kadr islahatları aparılıb

Sharing is caring!


Naxçıvanda kadr islahatları da aparılıb, son yeddi ayda 30-a yaxın həkim işə cəlb olunub. Onların çoxu ümumiyyətlə naxçıvanlı deyil.

Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Səhiyyə naziri vəzifələrinə icra edən Samiq Sadıxov məlumat verib.

O bildirib ki, həmin həkimlərin bir çoxu məhz Türkiyədə çalışan kadrlarımız və ölkəmizin digər ərazilərdə fəaliyyət göstərən mütəxəssislər olub:

“Bu da Naxçıvanda səhiyyə sisteminin, tibbi xidmətin keyfiyyətinə, inkişafına təsir edən amillərdir. Səhiyyə sistemi uzun bir prosesdir, həyata keçiriləcək bir çox layihələr qarşıdadır. Naxçıvanda 3-cü mikrarayon ərazisində Babək məhəlləsində 30 min insana xidmət edəcək Ailə Sağlamlıq Mərkəzi tikiləcək. Mərkəzin layihəsi artıq hazırdır və təxminən iki il müddətində tikintinin başa çatması planlaşdırılır. Tibbi xidmətin əlçatanlığı əsas prinsipimizdir. Bu səbəblə də biz Babək məhəlləsində 30 min insana xidmət göstərəcək yeni ailə sağlamlıq Mərkəzinin layihələndirmə işlərinə başlamışıq. Növbəti ildə bu layihənin tikintisi ilə bağlı işlər hıyata keçiriləcək. Bu layihələr Naxçıvan Respublikasının sosial iqtisadi inkişafına dair dövlət proqramında qeyd olunub”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir