Dünya

Əlcəzair prezidentinə İsraillə müharibəyə başlamaq hüququ verildi

Sharing is caring!


Əlcəzair parlamenti səsvermədən sonra ölkə prezidenti Əbdülməcid Tebbuna İsraillə müharibəyə başlamaq hüququ verib.

Beləliklə, Əlcəzair Fələstinə rəsmi dəstəyini bəyan edən və İsrailə qarşı çıxan ikinci ərəb ölkəsi oldu.

Yeri gəlmişkən, dünən Bəhreyn İsraildən səfirini geri çağırdığını elan edib. Bundan əvvəl isə Yəmənin Husi qüvvələri İsrailə müharibə elan edib, Eylatdakı hədəflərə qanadlı və ballistik raketlərdən, həmçinin pilotsuz təyyarələrdən istifadə olunmaqla silsilə hücumlar təşkil edib.

Qeyd edək ki, artıq münaqişə bütün Yaxın Şərqə yayılır və gözlənilməz nəticələrlə daha geniş regional münaqişə ehtimalını artırır.

Onu da vurğulayaq ki, bu gün Livanın “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullahın çıxışı zamanı İsrailə müharibə elan edəcəyi gözlənilir. Belə ki, qruplaşmanın İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını tələb edən ultimatumunun müddəti artıq başa çatır.

Mənbə: rg.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir