Cəmiyyət

Gəncə Dövlət Regional Kollecinə yeni rəhbər təyin olunub

Sharing is caring!


Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinə yeni rəhbər təyinatı olub.

“Report”un Qərb bürosunun məlumatına görə, bu vəzifəyə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Nadir oğlu Kubışov gətirilib.

O, artıq kollektivə təqdim olunub.

Qeyd edək ki, İ.Kubışov bu təyinatadək Gəncə Dövlət Regional Kolleci qiyabi şöbəsinin müdiri vəzifəsində işləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir