Dünya

ABŞ rusiyalı müğənni Jasminə qarşı sanksiyalar tətbiq etdi

Sharing is caring!

ABŞ Moldovadakı korrupsiya işlərində əli olan Rusiyaya bağlı 9 fiziki və 12 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Bu barədə çərşənbə günü ABŞ Maliyyə Nazirliyinin yaydığı yazılı açıqlamada deyilir.

Bildirilir ki, yeni məhdudiyyətlər ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən Rusiya hökumətinin daimi zərərli təsir kampaniyalarına və sistemli korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunub.

“Hazırda sanksiyaya məruz qalan oliqarxlar Moldovanın siyasi və iqtisadi institutlarını ələ keçirmək və korlamaqla məşğul olan, habelə Rusiyanın ABŞ, onların müttəfiqləri və tərəfdaşları, o cümlədən Moldova və Ukraynaya qarşı qlobal təsir kampaniyasının aləti kimi fəaliyyət göstərən şəxslərdir”, – sənəddə vurğulanır.

Qeyd edək ki, siyahıda Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Çaykanın oğlu oliqarx İqor Çayka, Moldova Demokratik Partiyasının keçmiş lideri Vladimir Plaxotnyuk, müğənni Jasmin və onun əri, moldovalı siyasətçi və iş adamı İlan Şor da var.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir