İdman

“Qarabağ” – “Bayer” oyununa neçə bilet satılıb? – FOTO

Sharing is caring!


UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” (Almaniay) oyununa bilet satışı davam edir.

Bu barədə “Qarabağ” FK-nın sosial media hesabında məlumat paylaşılıb.

Bildirilib ki, artıq 15 min bilet satılıb. Bu barədə Ağdam klubu məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın fan-şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

“Changan Azerbaijan”da isə VIP və CAT1 biletlər satılacaq.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” matçı saat 21:45-də başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir