Cəmiyyət

“Belə çıxır ki, bizim qadağan etdiyimiz qablar ekspertizaya görə zərərli deyil”

Sharing is caring!


“Bir dəfə gömrükdən soruşdum, ölkəyə nə qədər plastik birdəfəlik qablar (çəngəl, bıçaq) gətirilir və nə qədəri geri qaytarılır?” 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında komitə sədri Sadiq Qurbanov bildirib.

“Gömrükdən isə cavab verdilər ki, həmin qablar ölkəyə daxil olanda ekspertizaya göndərilir. Ekspertizanın müsbət cavabından sonra ölkəyə buraxılır. Belə çıxır ki, obyektlərdə istifadə olunan, bizim qadağan etdiyimiz birdəfəlik qablar ekspertizanın rəyinə görə zərərli deyil.

Bizim qadağan etdiyimiz birdəfəlik çəngəl, bıçaq, boşqaba ekspertiza müsbət rəy verir. Həmin qabların üzərində isə hər hansı qeyd yoxdur. Həmçinin mağazalarda satılan polietilen torbaların da üzərində qeyd yoxdur ki, bu, bizim təyin etdiyimiz normalara uyğundur, ya yox”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir