İqtisadiyyat

IMF Azərbaycanda illik inflyasiya ilə bağlı proqnozunu yaxşılaşdırıb

Sharing is caring!


Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda illik inflyasiyanın 10,3% səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının oktyabr sayında bildirilir.

Sənədə əsasən, bu, fondun aprel ayına olan proqnoz göstəricisi ilə müqayisədə 1 faiz bəndi azdır.

IMF gələn il Azərbaycanda inflyasiyanın 5,6% səviyyəsində olacağını gözləyir ki, bu da əvvəlki proqnozla müqayisədə 2,4 faiz bəndi azdır. Maliyyə qurumu 2028-ci ildə Azərbaycanın inflyasiya göstəricisi ilə bağlı proqnozunu dəyişməyərək 4% səviyyəsində saxlayıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi”ndə inflyasiya 2022-26-cı illərdə hər il orta hesabla 6,2% səviyyəsində proqnozlaşdırılıb. 2023-cü ildə isə 6,9% səviyyəsində gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir