Cəmiyyət

Kəlbəcərdə şəhid olan əsgərimizin nəşi ailəsinə təhvil verilib

Sharing is caring!

Kəlbəcər rayonunda minaya düşərək şəhid olan əsgərimiz Əliyev Babək Əsgər oğlunun nəşi ailəsinə təhvil verilib. 

Oxu.Az xəbər verir ki, şəhidlə vida mərasimi Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndində keçiriləcək.

Vida mərasimindən sonra şəhidin cənazəsi doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir