Dünya

Zelenski: “Rusiyaya sülh yox, raketlər və yeni hücum üçün vaxt lazımdır” – VİDEO

Sharing is caring!


“Rusiyaya sülh yox, yeni hücuma hazırlaşmaq üçün vaxt lazımdır. 21-ci əsr işğalçı ölkənin dəyişməz siyasəti üçün sonuncu əsr olmalıdır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Strategic Ark 2023” konfransının iştirakçılarına müraciəti zamanı söyləyib.

“Rusiyaya sülh yox, zaman lazımdır – yeni raketlər, yeni plan, yeni hücum üçün. Bu, əsrlər boyu dəyişməmiş Rusiya siyasətinin düsturudur. 21-ci əsr həmin əsrlərin sonuncusu olmalıdır. Ukraynanın sülh düsturunda bunun həyata keçirilməsi üçün mexanizmlər, təhlükəsizlik təminatları var ki, bu, heç vaxt baş verməsin”, – dövlət başçısı qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir