Dünya

Konfrans Liqasında finalçılar bəlli oldular – YENİLƏNİB + VİDEO

Sharing is caring!


UEFA Konfrans Liqasında ikinci finalçı “Fiorentina” olub.

Oxu.Az xəbər verir ki, İtaliya təmsilçisi yarımfinalın cavab oyununda İsveçrədə “Bazel”i məğlub etməklə həlledici oyuna vəsiqə qazanıb.

Qarşılaşmanın əsas vaxtı florensiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda isveçrəlilər eyni hesabla qalib gəldiyindən əlavə vaxta ehtiyac yaranıb. Burada daha bir dəfə fərqlənən “bənövşəyilər” yekunda 3:1, iki oyunun cəmində 4:3 üstün olaraq finala çıxıblar.

“Fiorentina” həlledici görüşdə İngiltərə “Vest Hem”i ilə qarşılaşacaq. İyunun 7-də keçiriləcək final oyunu Çexiyanın paytaxtı Praqadakı “Fortuna Arena”da təşkil olunacaq.

01:02

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Oxu.Az-ın məlumatına görə, ilk finalçı İngiltərənin “Vest Hem” klubu olub.

London təmsilçisi buna yarımfinalın cavab oyununda Niderlandda “AZ Alkmaar”ı məğlub etməklə (1:0) nail olub. Yeganə qolu 90+4-cü dəqiqədə Pablo Fornals vurub.

İlk görüşdə 2:1 üstün olan ingilislər finala yüksəliblər.

Həlledici oyuna digər vəsiqə İsveçrədə sahibini tapacaq. İtaliyada 2:1 hesabı ilə “Fiorentina”ya qalib gələn “Bazel” ev oyununda eyni hesabla uduzduğundan əlavə vaxta ehtiyac yaranıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir