Siyasət

Laçın sakini: “Doğma yurdumuza, kəndimizə köçü həmişə yuxularımda görürdüm”

Sharing is caring!


“Bu günə kimi övladlarıma Laçının ancaq köhnədən qalan şəkillərini, videolarını göstərirdim, xatirələrimi danışırdım. Bundan sonra onlara Laçının hər yerini canlı-canlı göstərəcəyəm”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Şəfəq Fərman qızı Məmmədova deyib.

O bildirib ki, hələ də Laçına köç etdiyinə inana bilmir, bunun yuxu olduğunu düşünür:

“24 yaşımda çıxmışdım Laçından. Doğma yurdumuza, kəndimizə köçü həmişə yuxularımda görürdüm. İndi də elə bilirəm, yuxudur, bu dəqiqə məni kimsə yuxudan oyadacaq. Bakıda, Yasamal rayonunda 33 il məcburi köçkün həyatı yaşamışıq, bu gün isə öz doğma Laçınımıza qayıdırıq. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün növbəti köç karvanı Laçın şəhəri və Zabux kəndinə yola salınıb. Daha 23 ailə (72 nəfər) öz doğma yurduna köçürülür.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir