Cəmiyyət

10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb – FOTO

Sharing is caring!




Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, olimpiadanın ilkin mərhələsində 10 minə yaxın şagird iştirak edib. Bu mərhələ çərçivəsində olimpiadanı izləmək üçün Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbə mediatur təşkil olunub. Mediaturda Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun rəsmiləri, deputatlar, Qərbi Azərbaycan İcmasının üzvləri və media nümayəndələri iştirak ediblər.

Olimpiadanın Bakı mərhələsində 975 şagird iştirak edib. İlkin mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaqlar.

Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir