Dünya

İranda əslən azərbaycanlı tələbəyə ağır həbs cəzası verildi – FOTO

Sharing is caring!

İranda əslən azərbaycanlı olan Məlika Ağazadəyə ağır həbs cəzası verilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Tehranda yaşayan azərbaycanlı – tələbə hərəkatının fəalı Məlika Ağazadə 5 il azadlıqdan məhrum edilib.

Oktyabrın 20-də saxlanılan Ağazadənin işinə Tehran İnqilab Məhkəməsi tərəfindən baxılıaraq barəsində uzunmüddətli həbs qərarı çıxarılıb.

Azərbaycanlı fəalın ittihamı barədə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, İranda üç aydan çoxdur davam edən etiraz aksiyaları zamanı 700-ə yaxın tələbə həbs edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir