İncəsənət

“Varlılar da ağlayır” serialında rol alan meksikalı aktrisa Maleni Morales vəfat edib

Sharing is caring!

“Vəhşi Gül”, “Varlılar da ağlayır” seriallarında rol alan meksikalı aktrisa Maleni Morales vəfat edib.

Xəbəral.az xəbər verir ki, bu barədə Meksika Aktyorları Milli Assosiasiyasının “Twitter” hesabında məlumat verilib.

“Milli Aktyorlar Birliyi olaraq, bu gün dünyasını dəyişən həmkarımız, Milli Assosiasiya üzvü Maleni Moralesin vəfatından təəssüflənirik. Onun həyat yoldaşı Otto Sirqoya, onun ailəsinə və dostlarına başsağlığı veririk”, – məlumatda bildirilib.

Qeyd edək ki, Morales aktyor Otto Sirqo ilə 45 ildən çoxdur ki, evli idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir