Cəmiyyət

Binəqədidə iki nəfərin pulqabısı oğurlanıb

Sharing is caring!

Binəqədi rayonunun Mehdiabad qəsəbəsində bir nəfərin içərisində 1070 manatı və sənədləri olan pulqabı, Binəqədi qəsəbəsində isə digər şəxsin içərisində 1000 manatı, sənəd və bank kartı olan pulqabı qeyri-aşkar şəraitdə oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rüfət Əliyev və Abşeron rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rəşid Ağayev müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir