Dünya

Türkiyə ilk dəfə səsdən sürətli raketin sınağını həyata keçirdi – VİDEO

Sharing is caring!

Türkiyədə ilk dəfə “Bayraktar Akıncı” pilotsuz uçuş təyyarəsindən ölkənin səsdən sürətli “hava-yer” tipli raketinin uğurla buraxılışı həyata keçirilib.

Oxu.Az xəbər verir ki, “Roketsan” tərəfindən istehsal edilən Türkiyənin ilk səsdən sürətli “TRG-230-İHA” raketi 100 kilometr məsafədən hədəfi uğurla vurub.

Məlumata görə, İstanbulun Çorlu şəhəri ətrafında yerləşən Baykar aerodromundan havaya qalxan pilotsuz təyyarədən raketin buraxılışı Qara dəniz sahilindəki Sinop şəhəri yaxınlığında 7,62 kilometr yüksəklikdən həyata keçirilib.

Raketin uçuş məsafəsi 20 ilə 150 ​​kilometr arasındadır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir