Cəmiyyət

Halı pisləşən sürücüyə DYP-dən ilk yardım – VİDEO

Sharing is caring!


Sükan arxasında halı pisləşən sürücüyə yol polisi kömək edib.

Oxu.Az xəbər verir ki, təhlükəyə səbəb olan hadisə Bakı-Astara yolunda baş verib. VAZ-2107 markalı, 52-BJ-283 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sükan arxasında qəfil idarəetməni itirib.

Avtomobilin arxasındakı digər maşının kamerasına düşən görüntülərdən aydın olub ki, sürücünün hərəkətləri qeyri-adekvatdır.

Salyan Yol Polisi Postuna yaxınlaşanda Dövlət Yol Polisi (DYP) əməkdaşları maşını saxlayıb, sürücüyə ilkin tibbi yardım göstərmək üçün binaya aparıblar. Polisin diqqəti, ayıq sayıqlığı və peşəkarlığı sayəsində həm sürücü xilas edilib, həm də digər hərəkət iştirakçıları üçün yarana biləcək təhlükənin qarşısı alınıb.

Görüntüləri təqdim edirik: 
 

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir