Dünya

İranlı din xadimi: “Xalqının əksəriyyəti narazıdır, bu cür idarə etmək olmaz” – FOTO

Sharing is caring!

İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhəri və Məkki məscidinin cümə imamı sünni din xadimi Mövləvi Əbdülhəmid Tehran rejiminə xəbərdarlıq edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Narazı xalqa hökm etmək olmaz və bu gün İran xalqının əksəriyyəti narazıdır”, – deyə o bildirib.

Əbdülhəmid hazırda İranın pul vahidi olan rialın dünyada ən dəyərsiz pula çevrildiyini deyib və ölkə əhalisinin gözü qarşısında sərvətlərin talanmasının narahatlıq doğurduğunu qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir