Cəmiyyət

AZƏRBAYCAN AVROPA İTTİFAQININ NİYYƏTLƏRİNİ DƏSTƏKLƏYİR

Sharing is caring!

Azərbaycan Prezidenti İspaniyanın EFE agentliyinə müsahibəsində mövcud həqiqətləri bir daha dünya ictimaiyyətinə çatdırdı. Müsahibədə qeyd olunub ki, otuz ilə yaxın müddətdə Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesində səbirlə iştirak etdi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar heç bir nəticə vermədi. Münaqişə Azərbaycan Prezidentinin və xalqının qəti iradəsi nəticəsində həll edildiyi halda, həmsədrlərin yenidən “danışıqlar”dan bəhs etmələri gülünc və utancvericidir.
Avropa İttifaqının minaların təmizlənməsi və sərhədlərin delimitasiyasında yardım göstərmə təklif ilə bağlı sualla bağlı Prezident İlham Əliyev Avropa İttifaqının bu niyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayıb və əlavə edib ki, Ermənistan məsələdə tərəddüd nümayiş etdirir: “Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib. Biz, həmçinin Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında müzakirələr aparırıq. Bizə məlumdur ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. Burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik. Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik”.

    Bununla Prezident İlham Əliyev bir daha qalib Sərkərdə və qalib Azərbaycanın rəhbəri kimi cəsarətli, qətiyyətli mövqeyini nümayiş etdirdi və bildirdi ki, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq. Biz həmişə mövqeyimizi açıq bildirmişik və demişik, hər zaman da sözümüzün üstündə durmuşuq. İndi növbə, seçim yenə qarşı tərəfin, Ermənistanın və onun havadarlarınındır. Ağıllarını başlarına cəm edib, onları verilən növbəti tarixi fürsət və şansı dəyərləndirmək, düzgün qərar qəbul və doğru seçim etmək, artıq onların öhdəsinə düşür.

Gülnar Əmrahova, Cəlilabad rayon sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir