Dünya

Britaniyalı bəzi qanunvericilərin xaricə “işgüzar” səfərlərinin məqsədi açıqlandı

Sharing is caring!

Böyük Britaniyanın bəzi qanunvericiləri xaricə işgüzar səfərlərdən gizli şəkildə eskort (seks işçiləri) xidmətindən istifadə etmək və həddindən artıq içki içmək fürsəti kimi istifadə edirlər.

Bu barədə Avropanın “Politico” nəşri parlament üzvləri, həmçinin diplomatik və parlament rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, keçmiş Mühafizəkarlar Partiyasından olan deputat, hazırda isə Lordlar Palatasının üzvü Cənub-Şərqi Asiyaya işgüzar səfəri zamanı hotel sahiblərindən ən yaxın bordelin ünvanını istəyib. Başqa bir Tori deputatı və keçmiş nazir, keçmiş həmkarlarının dediyinə görə, “yerli qadınlara marağı” səbəbindən, adətən, deputatların nümayəndə heyəti evə qayıtdıqdan sonra da səfərini davam etdirirdi.

“O, qəşəng gənc qızlara maraq göstərirdi və adətən bu ziyarətlərdən sonra qalır, təyin olunmuş yerdə onlarla ünsiyyətdə olurdu”, – deyə adı açıqlanmayan deputat nəşrə bildirib.

Nəşrin yazdığına görə, Leyboristlər Partiyasından olan yüksək vəzifəli parlament üzvlərindən biri xaricə səfərləri zamanı “rus qızlarına qarşı böyük maraq” nümayiş etdirib. Həmin vaxt digər məmurlar da Vestminsterdə öz nüfuzlarını qorumaq üçün ona müdaxilə etməyiblər.

“Politico”nun məlumatına görə, nəşr öz araşdırması çərçivəsində Böyük Britaniyada və xaricdə 10-dan çox hökumət rəsmisi, qanunvericisi ilə danışıb, onlar da bəzi deputatların və həmkarlarının xaricə səyahət edərkən sərxoş, ədəbsiz, yaxud seksual davranışla bağlı iddialarını təsdiqləyiblər.

Bir çox deputatlar nəşrə bildiriblər ki, həmkarlarının bəziləri işlə məşğul olduqları halda, digərləri səyahətə “əyləncəli” kimi yanaşır.

Xatırladaq ki, bir müddət öncə Britaniya ordusunun xaricdə olan hərbçilərinə eskort xidmətindən istifadə etmək rəsmən qadağan edilib. Tədbir silahlı qüvvələrdə cinsi təcavüz ilə bağlı aparılan araşdırmadan və 2012-ci ildə Keniyada təlim zamanı britaniyalı əsgərlərin davranışları, o cümlədən əsgərlərdən birinin eskort xidməti göstərən qadını öldürdüyünə dair məlumatlardan sonra tətbiq edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir