Cəmiyyət

“Süd dişlərinin vaxtından əvvəl çəkilməsi dişlərin əyri çıxmasına səbəb olur” – Həkimdən AÇIQLAMA

Sharing is caring!

“Vaxtından əvvəl süd dişlərinin çəkilməsi, barmaq sorma, qələmi ağıza alma dişlərin əyri çıxmasına səbəb olur. Valideynlər və müəllimlər buna nəzarət etməlidirlər”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, stomatoloq İlqar Qacarov stomatoloji xəstəliklər mövzusunda nazirliyin “Instagram” səhifəsində təşkil edilən canlı yayımda deyib. 

“Breketlər əsasən daimi dişlərə qoyulur. Daimi diş çıxmadan uşaqlara breket taxılması doğru deyil. Ona görə də 11-13 yaşdan sonra breket istifadəsi daha məqsədəuyğundur. Breketdən yeni istifadə edən şəxs isə sərt yeməklərdən, qazlı sulardan çəkinməlidir. Hər yeməkdən sonra isə breket xüsusi fırçalarla təmizlənməlidir. Profilaktik məhsullarla ağız yaxalanmalıdır”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir