Şou-Biznes

Məşhur model bikinidə rəqsi ilə hamını heyran etdi

Almaniyalı top model, aktrisa və teleaparıcı Haydi Klumb bikinidə rəqsini kameralara çəkib, öz fanatlarına nümayiş etdirib. Lent.az-ın məlumatına görə, 49 yaşlı top modelin bədən quruluşu öz gözəlliyi ilə diqqət çəkib. O, sosial şəbəkədə yayımladığı videonun şərh bölümün bağlayıb. Qeyd edək ki, Haydi Klumb tez- tez yarıçılpaq şəkildə kameralar qarşısına keçir.  

Mədəniyyət

Mədəniyyət Nazirliyindən Yaşar Nurinin həyat yoldaşının iddialarına reaksiya

Mədəniyyət Nazirliyi mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyevanın nazir Adil Kərimlinin qəbuluna düşə bilməməsi ilə bağlı səsləndirdiyi iddialara cavab verib. Nazirlikdən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə nazirliyə hər hansı müraciət daxil olmayıb: “Görkəmli teatr və kino aktyoru, Xalq artisti, dövlət mükafatı laureatı mərhum Yaşar Məmmədsadıq oğlu Nuriyevin sənət, yaradıcılıq, sosial […]

Müharibə

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib – FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Mərasimlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra gənc əsgərlər təntənəli surətdə […]

İqtisadiyyat

Azərbaycanda apreldə inflyasiya səviyyəsi açıqlandı: Bahalaşan məhsullar – SİYAHI

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrünə nisbətən 113,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 116,6 , qeyri-ərzaq məhsulları üzrə 111,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,7% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, […]

İdman

Dünyanın ən dəyərli klubları açıqlandı – SİYAHI

Dünyanın ən dəyərli klublarının adları açıqlanıb. “Forbes” nəşrinin hazırladığı siyahıda “Real Madrid” ilk sıradadır. Kral klubunun ümumi dəyəri 5,1 milyard avrodur. Madridlilərin əzəli rəqibi “Barselona” ikincidir. İlk üçlüyü “Mançester Yunayted” qapayır. Nəşrin təqdim etdiyi siyahı bu cürdür: 1. “Real Madrid” – 5,1 milyard avro 2. “Barselona” – 5 milyard avro 3. “Mançester Yunayted” – 4,6 […]

Kriminal

Həbsdə olan tanışına ayaqqabıda narkotik keçirmək istəyən şəxs saxlanılıb – FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına və 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Penitensiar xidmətdən məlumat yayıb. Bildirilib ki, Cinayət Məcəlləsinin 29,120.2.2; 221.1; 228.5 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 14 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş […]

Şou-Biznes

Gələn ay 15 serialın finalı olacaq

Gələn ay Türkiyə kanalları ilə yayımlanan və  azərbaycanlı tamaşaçıların da diqqətlə izlədiyi 15 serialın finalı gözlənilir. Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yayım reytinqləri yüksək olan iki serialın ekranlara vida etmək zamanı gəlib. Digər seriallar isə aktyor heyətinə və güclü ssenarisinə baxmayaraq, reytinq qurbanı olublar. Finala gedən serialların siyahısını təqdim edirik. “Giriş” “Camdaki Kız” “Veda Mektubu”,  […]

İqtisadiyyat

ARDNF-nin icraçı direktoru: “Heydər Əliyev qəlbimizdə yaşayır və əbədi yaşayacaq”

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) kollektivi ulu öndərin məzarını ziyarət edib, önünə əkil və gül dəstələri qoyublar. Bu barədə ARDNF-dən bildirilib. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın, həmçinin, görkəmli dövlət və ictimai xadim Əziz Əliyev və istedadlı həkim Tamerlan Əliyevin də məzarları ziyarət olunub və məzarların […]

İdman

Türkiyə Super Liqasında legioner limiti ləğv edilir

Türkiyə Super Liqasında legioner futbolçularla bağlı tətbiq edilən limit aradan qaldırılacaq. Yeni mövsümdən klublar start heyətdə 11 əcnəbi futbolçu oynada biləcəklər. Elita təmsilçiləri, həmçinin 14 legioner sifariş etməkdə sərbəst olacaqlar. Əlavə əcnəbilərin cəlbi üçün isə Türkiyə Futbol Federasiyasının (TFF) aşağı yaş komandalarının inkişafına yardım məqsədilə yaradacağı fonda ödəniş etmək lazım gələcək. TFF-nin qərarı cümə günü açıqlayacağı bildirilir. […]

Mədəniyyət

Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşada film nümayiş olunub – FOTO

Mayın 10-da Şuşa şəhərində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film nümayiş etdirilib. Filmin nümayişində dövlət və hökumət rəsmiləri, hazırda Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qonaqları, tanınmış mədəniyyət, incəsənət və elm xadimləri iştirak ediblər. Heydər Əliyev Fondu tərəfindən təqdim edilən ekran […]