Tədbirlər

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi
Abşeron rayonunda qeyd edilmişdir. VİDEO+FOTO

Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak etmişdir. […]

İqtisadiyyat

SOCAR ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirib – FOTO/VİDEO

2023-cü il mayın 10-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində (BANM) ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. SOCAR-ın mətbuat katibi Orxan Hüseynovun moderatorluğu ilə keçirilən tədbirdə SOCAR-ın rəhbər heyəti, BANM-in müəllim və tələbə kollektivi iştirak ediblər. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər […]

Şou-Biznes

Məşhur aktrisa Bali adasında biznes qurur

Türkiyənin məşhur aktrisası Tuba Ünsal İndoneziyanın Bali adasından böyük torpaq sahəsi alıb. Lent.az-ın məlumatına görə, Tuba Ünsal seriallardan əldə etdiyi qazancı daşınmaz əmlaka yatırması ilə tanınıb. Bu günlərdə İndoneziyaya sevgilisi ilə tətilə gedən aktrisa ordan daşınmaz əmlak alıb, biznes qurmaq fikrinə düşüb.  Bundan az öncə İstanbulun Şile rayonunda 3 milyon lirəyə villa alıb, ferma quran […]

İqtisadiyyat

Dubay şəhərindəki Azərbaycan Ticarət Evi yeni ünvanda – FOTO

Azərbaycan Ticarət Evinin Dubayda yeni ünvanda fəaliyyətini davam etdirməsi yerli məhsulların daha geniş auditoriyaya tanıdılmasına imkan verəcək. Bu barədə KOBİA məlumat yayıb.  Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Azərbaycan Ticarət Evi yeni ünvanda fəaliyyətini davam etdirəcək.  Ticarət evinin Dubayın mərkəzində “Marina Walk” turizm və ticarət məkanında fəaliyyət göstərməsi Azərbaycan məhsullarının daha geniş auditoriyaya tanıdılmasına […]

İdman

Azərbaycan çempionatı: Gəncə klubu üstünlüyü əldən verdi

Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində “Gəncə” və NTD arasında yarımfinal seriyasının ikinci oyunu baş tutub. Oxu.Az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada qonaqlar 105:76 hesabı ilə qalib gəliblər. Bu qələbə ilə NTD yarımfinal seriyasında hesabı bərabərləşdirib. Xatırladaq ki, ABL-də ilk finalçı yarımfinalda “AAAF Xırdalan”ı mübarizədən kənarlaşdıran “Sabah” olub. Xeberal.az

Mədəniyyət

“Xarıbülbül” festivalının qonaqları Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisində – FOTO

Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edildikdən sonra bu gün açılışı olan Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Qarabağ” sərgisi açılıb. Sərgidə ulu öndər Heydər Əliyevin ardıcıl, məqsədyönlü siyasəti nəticəsində Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər […]

Şou-Biznes

Tom Kruz və Şakira arasında nə baş verir?

Son günlər Hollivud ulduzu Tom Kruz və dünya şöhrətli kolumbiyalı müğənni Şakiranın adı birlikdə hallanmağa başlayıb. Lent.az-ın məlumatına görə, aktyor Şakiraya olan marağını gizlətməyib və aralarında “xüsusi kimya” olduğunu bildirib. Mayamidə “Formula-1” yarışlarına qatılan məşhurlar birlikdə xoş həftəsonu keçiriblər. Hətta, Tom Kruz Şakiranın kampaniyasında olmağı III Çarlzın tacqoyma mərasimindən üstün tutub və Britaniyaya getməyib. Hazırda […]

İdman

Azərbaycanlı futbolçu “Şalke”ni digər Almaniya klubuna dəyişdi

Azərbaycanlı futbolçu Rüfət Dadaşov Almaniyada klubunu dəyişib. 31 yaşlı hücumçu “Şalke-2”dən “Berlin “Dinamo”suna keçib. Məlumatı paytaxt təmsilçisinin rəsmi saytı yayıb. Almaniyanın Şimal-Şərq Regional Liqasında çıxış edən klub forvardla imzalanan müqavilənin detallarını açıqlamayıb. Azərbaycan millisinin sabiq üzvü 2017-2018 mövsümündə də “Dinamo”da çıxış edib və 29 oyuna 29 qolla komandanın bombardiri olub. Xeberal.az

Mədəniyyət

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Gül Festivalı təşkil edilib – FOTO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir. Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində burada Gül Festivalı da təşkil edilib. Festivalda maraqlı gül çeşidləri təqdim olunub. Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı mayın 11-dək davam edəcək. Festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq. […]

İqtisadiyyat

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı hazırlanmış pul nişanlarının satışına başlanılıb

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq tədavülə buraxılan və yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının mayın 10-dan etibarən satışına başlanılıb. Bu barədə AMB məlumat yayıb. Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi […]