Şou-Biznes

Tom Kruz və Şakira arasında nə baş verir?

Sharing is caring!

Son günlər Hollivud ulduzu Tom Kruz və dünya şöhrətli kolumbiyalı müğənni Şakiranın adı birlikdə hallanmağa başlayıb.

Lent.az-ın məlumatına görə, aktyor Şakiraya olan marağını gizlətməyib və aralarında “xüsusi kimya” olduğunu bildirib.

Mayamidə “Formula-1” yarışlarına qatılan məşhurlar birlikdə xoş həftəsonu keçiriblər. Hətta, Tom Kruz Şakiranın kampaniyasında olmağı III Çarlzın tacqoyma mərasimindən üstün tutub və Britaniyaya getməyib.

Hazırda ABŞ mətbuatında bu iki ulduzun adı tez-tez birlikdə çəkilməklə yanaşı, münasibətləri müzakirə olunur. “Tom simpatik və istedadlı oğlandır. Şakiraya onun çiyni kimi etibarlı bir çiyin lazımdır”, – qəzetlər yazırlar.

Cütlük hələlik münasibətləri barədə açıqlama vermir.


 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir