Cəmiyyət

Bakıda toyda dəhşət: Ər arvadına çoxsaylı bıçaq zərbələri vurdu

Bakının Xətai rayonundakı toy mərasimində ailə-məişət zəmnində dava düşüb. APA xəbər verir ki, hadisə şəhərdə yerləşən restoranların birində qeydə alınıb. Belə ki, şadlıq sarayında toy məclisi zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib. Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Fakt üzrə Xətai […]

Dünya

Türkiyədə mədən çökdü: Ölən və yaralananlar var

Manisanın Soma rayonunda yerüstü mədəndə çökmə baş verib. Dörd mədənçinin torpaq altında qaldığı bildirilib. Onlardan üçü digər mədənçilərin və tikinti texnikasının köməkliyi ilə, biri isə xilasedicilər tərəfindən çıxarılıb. Mədənçilər Soma Dövlət Xəstəxanasına göndərilib. Onlardan üçünün səhhətinin qənaətbəxş, birinin vəziyyətinin ağır olduğu qeyd edilib. Bir müddət sonra həmin şəxsin xəstəxanada öldüyü məlum olub. Mənbə: Haber Global Xeberal.az

Siyasət

Turanə Məmmədova: “Bayrağı dörd saat tək əlimdə saxlamağım Heydər Əliyevin diqqətini çəkdi” – VİDEO

“Bayrağı 4 saat tək əlimdə saxlamağım Heydər Əliyevin diqqətini çəkdi”. Bu sözləri Balakən rayon Qazma kənd sakini Turanə Məmmədova deyib. O qeyd edib ki, tələbə olduğu zaman Heydər Əliyevin Şəkidəki Olimpiya İdman Kompleksinin açılışına gələcəyini öyrəndiyi zaman orada iştirak etmək istəyib. APA TV-nin Turanə Məmmədova barədə hazırladığı süjeti təqdim edirik: Xeberal.az