İqtisadiyyat

ARDNF-nin icraçı direktoru: “Heydər Əliyev qəlbimizdə yaşayır və əbədi yaşayacaq”

Sharing is caring!


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) kollektivi ulu öndərin məzarını ziyarət edib, önünə əkil və gül dəstələri qoyublar.

Bu barədə ARDNF-dən bildirilib.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın, həmçinin, görkəmli dövlət və ictimai xadim Əziz Əliyev və istedadlı həkim Tamerlan Əliyevin də məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri düzülüb.

Daha sonra ARDNF-nin rəhbər heyəti Fondun inzibati binasında yerləşən Heydər Əliyevin heykəli qarşısına əkil qoyub, ulu öndərin əziz xatirəsini yad edib.

ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov öz çıxışında dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolu və xalqı qarşısındakı unudulmaz xidmətlərini, eyni zamanda, Dövlət Neft Fondunun təsis edilməsində müstəsna rolunu vurğulayıb və qeyd edib ki, Fond Heydər Əliyev irsinə sadiq qalaraq Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinə xidmət etməklə öz missiyasını daim həyata keçirməyə davam edəcəkdir.

Sonda o bildirib ki, ümummilli lider Heydər Əliyev qəlbimizdə yaşayır və əbədi yaşayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir