Dünya

CNN: Rusiya muzey eksponatlarını müharibəyə göndərir

Rusiya ilk dəfə 1948-ci ildə Sovet İttifaqının Qırmızı Ordusu tərəfindən istifadə edilmiş T-55 tanklarını Ukraynaya qarşı müharibəyə göndərir. Məlumata görə, cəbhəyə göndərilən modellərdən bəzilərinə muzeylərdə rast gəlmək olar. Duksforddakı (İngiltərə) İmperator Müharibə Muzeyinin baş kuratoru, tarixçi Con Delaninin sözlərinə görə, Soyuq Müharibə dövründə Sovet İttifaqının istifadə etdiyi ilk əsas döyüş tankı məhz T-55 olub. Rusiya […]

MARAQLI

“WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı – FOTO

“WhatsApp”da “Telegram”dan götürülən yeni funksiya işə salınıb. Belə ki, mesencerin “iOS” üçün “beta” versiyasında artıq profildə istifadəçinin abunə olduğu kanalların siyahısı göstərilib. Siyahı “Status” bölməsində yerləşib. Kanal funksiyası hələlik inkişaf mərhələsindədir və ümumi istifadəçi üçün əlçatan deyil. Məlumata görə, sözügedən bölmənin adı həm istifadəçinin cari vəziyyətini, həm də abunəliyini ehtiva etdiyi üçün “Yeniləmələr”ə dəyişdiriləcək. Həmçinin kanallar […]

Dünya

Türkiyə vilayətində qorxulu anlar: Öküz tribunaya hücum etdi – VİDEO

Türkiyənin Artvin vilayətinin Murgul rayonunda öküz döyüşləri olub. Bu zaman meydanda rəqibini gözləyən öküz tribunaya hücum edib. Öküz gözlənilmədən protokolların tərtib olunduğu tribunaya atılıb. İzləyicilər arasında təşviş yaranıb. Öküzün tribunanı bir-birinə qatdığı anlar saniyə-saniyə kameralara əks olunub. Mənbə: Haber Global Xeberal.az

Dünya

Çindən ChatGPT-yə rəqib: Özünün süni intellekt modelini yaratdı

Çin özünün ChatGPT çat botunu yaradıb. Nitqin tanınması texnologiyalarının yaradılması üzrə ixtisaslaşan Çinin “iFlytek” şirkəti generativ süni intellekt modelini təqdim edib. Beləliklə, bu model məşhur ChatGPT çat botuna rəqib olacaq. “SparkDesk” adlanan modelin Çin dilinin başa düşülməsində ChatGPT-dən üstündür. Mütəxəssislər qeyd ediblər ki, təqdim olunan “SparkDesk” süni intellekt modeli dilin tanınması və uzun mətnlərin yaradılması […]

Dünya

İctimai yerlərdə başıaçıq görünən iranlı aktrisalara qarşı cinayət işi açıldı

İranda iki kino aktrisası Baran Kosari və Şaqaye Deqan ictimai yerdə hicabsız göründükləri üçün məhkəməyə verilib. Məlumata görə, Kosari aktyor həmkarının dəfn mərasiminə, Deqan isə kafeyə başıaçıq gəlib. Bildirilir ki, hər iki aktrisanı cərimə və ya həbs cəzası gözləyə bilər. Qeyd edək ki, bir müddət öncə İranda daha 4 aktrisaya qarşı analoji iş başlanıb. Onlardan […]

MARAQLI

Çinin harada nə işlə məşğul olduğu bilinməyən kosmik gəmisi 276 gün sonra Yerə qayıtdı

Çin təkrar istifadə edilə bilən kosmik gəminin sınaqlarını uğurla başa vurub. Gəmi bazar ertəsi Yerə qayıdıb. Bu barədə Çin Kosmik Elm və Texnologiya Korporasiyasından xəbər verilib. Bildirilir ki, aparat Çinin şimal-qərbindəki Qansu əyalətindəki Ciuquan kosmodromundan buraxılıb. O, orbitdə 276 gün qalıb. Bununla belə, aparatın necə bir kosmik gəmi olduğu, hansı texnologiyaların sınaqdan keçirildiyi, nə qədər […]

Dünya

Beynəlxalq münaqişələr üzrə tədqiqatçı: “Polşanın ambisiyaları Avropada yeni münaqişəyə səbəb ola bilər”

“Polşa hakimiyyətinin Almaniyadan müharibə təzminatına nail olmaq istəyi Avropada yeni münaqişənin başlanmasına səbəb ola bilər”. Bu sözləri beynəlxalq münaqişələr üzrə tədqiqatçı, analitik Uriel Araujo “InfoBrics” portalı üçün məqaləsində deyib. O bildirib ki, hazırda Polşa hakimiyyəti öz sözlərinin və hərəkətlərinin nəyə gətirib çıxara biləcəyi barədə düşünmür. “Berlin və Varşava arasındakı qarşıdurma Qərb alyansı daxilində növbəti çatdır”, […]

Dünya

Dubay-Moskva reysində azyaşlını zorladılar

Dubay-Moskva reysi zamanı “Aeroflot” şirkətinə məxsus təyyarədə səkkiz yaşlı uşaq zorlanıb. Cinayətkar hadisəni təkrarlamaq üçün uşağı tualetə aparmaq istəsə də, azyaşlı anasının yanında qala bilib. Belə ki, uşaq anası və qardaşı ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərindən tətildən qayıdırmış. Qadın oğlunu tanımadığı kişinin yanına oturdub, özü isə qabağa keçib digər uşağı ilə oturub. Uçuş zamanı naməlum […]

MARAQLI

Tom Kruz və Şakira eşq yaşayırlar? – FOTO/VİDEO

Mayamidə keçirilən “Formula-1” yarışı bu ayın əvvəlində ən çox danışılan hadisələrdən biri olub. Tədbirə xeyli ulduz qatılıb, lakin 60 yaşlı amerikalı aktyor Tom Kruzla 46 yaşlı kolumbiyalı müğənni Şakiranın tədbirə birlikdə gəlmələri hər kəsdə daha böyük maraq yaradıb. Sosial şəbəkələrdə onların birgə səmimi görüntüləri yayılıb, bu da istifadəçilərdə onların romantik münasibətdə olduqları barədə qənaət yaradıb. […]

İdman

Meydana çıxmaqdan imtina edən afrikalı futbolçu üç həftə itkin düşdü

Misirin ENPPI klubunun və Burkina-Faso yığmasının futbolçusu Erik Traore aprelin 18-də “Asuan”a qarşı milli çempionat oyununda meydandakı futbolçulardan birini əvəzləməkdən imtina etdikdən sonra yoxa çıxıb. Görüş başa çatdıqda o, telefonunu söndürüb və üç həftə klubla əlaqə saxlamayıb, məşq və oyunlarda iştirak etməyib. Qahirə klubu həyat yoldaşı və agenti vasitəsilə Traore ilə əlaqə saxlamağa çalışsa da, […]