Cəmiyyət

Bakıda sərnişin taksi sürücüsünü bıçaqladı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Taksi fəaliyyəti ilə məşğul olan 1992-ci il təvəllüdlü Məmmədov Emil Nurməmməd oğlu bıçaqlanıb. Hadisəyə səbəb müştərinin qiymətlə razılaşmaması olub. Aralarında yaranan mübahisədə sərnişin sürücünü bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır. Xeberal.az

Siyasət

ASAN Xidmət Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı videoçarx hazırlayıb – VİDEO

ASAN Xidmət Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı videoçarx hazırlayıb. Oxu.Az xəbər verir ki, qurum bu barədə sosial şəbəkə hesabında paylaşım edib. “Bir bütöv xalqın babası ulu öndərimizi illərin doğmalığı və qürur hissi ilə yad edirik”, – deyə paylaşımda qeyd edilib. Xeberal.az

Dünya

Ərdoğan: “Ölkəmizdə 21 ildə hər şeyi dəyişdik, bircə müxalifət qaldı”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada canlı yayımda açıqlamalar verib. O,  zəlzələ bölgəsində 650 min yeni mənzilin tikiləcəyini qeyd edib. “Zəlzələdə dağılmış şəhərlərimizin hər birinə dəfələrlə baş çəkmişəm. Biz dağıntıları tamamilə təmizlədik və 100 min konteynerin quraşdırılmasını başa çatdırdıq. 142 min yaşayış binası və evin tikintisinə başladıq, 59 min evin təməlini qoyduq. Zəlzələ bölgəsində 650 […]

Siyasət

Heydər Əliyevin anadan olmasından 100 il keçir

Bu gün bütün türk dünyasının iftixarı, dünya şöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki […]

Siyasət

Əsir düşən əsgərimizin valideynlərindən Ermənistana ETİRAZ – VİDEO

“Ağlamaqdan başqa heç nə bilmirik”. Bu sözləri Erməsnitan tərəfindən əsir götürülən və saxta ittihamlarla cinayət işi açılan əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib. A.Bəbirovun atası Qabil Bəbirov Ermənistan tərəfinin qanunsuz hökmü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib. Xatırladaq ki, Azərbaycan ordusunun hərbçiləri 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman […]

İdman

Azərbaycan Basketbol Liqasında ilk finalçı bəlli oldu – FOTO

Azərbaycan Basketbol Liqasında ilk finalçı bəlli olub. Oxu.Az-ın məlumatına görə, bu, yarımfinal seriyasının ikinci oyunundan sonra bəlli olub. Belə ki, Sərhədçi İdman Mərkəzində “AAAF Xırdalan” ilə qarşılaşan “Sabah” qələbə qazanaraq ümumi hesabı 2:0-a çatdırıb və həlledici matça vəsiqə qazanıb. “Futuristlər”in 83:77 hesablı qələbəsi ilə yekunlaşan matçın ən məhsuldar oyunçusu Deymon Makduel olub. “AAAF Xırdalan”ın basketbolçusu […]

Siyasət

Leyla Əliyeva Şuşada yerləşən Mehmandarovların malikanə kompleksindən görüntülər paylaşıb – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Şuşadan paylaşım edib. Oxu.Az xəbər verir ki, Leyla Əliyeva “Instagram” hesabının hekayə bölməsində Şuşada yerləşən Mehmandarovların malikanə kompleksindən fotolar paylaşıb. Həmin fotoları təqdim edirik: Xeberal.az

Dünya

Stoltenberq: “Bütün NATO ölkələri Ukraynanın alyansa qoşulmasını dəstəkləyir”

Bütün NATO ölkələri Ukraynanın alyansa qoşulması ideyasını dəstəkləyir, lakin məsələ bunun nə vaxt baş verəcəyi ilə bağlıdır. Bu sözləri çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq deyib. “Birincisi, bütün NATO müttəfiqləri Ukraynanın alyansa üzv olacağı ilə razılaşırlar. İkincisi, bütün müttəfiqlər razılaşır ki, Ukrayna öz yolunu seçmək hüququna malikdir, qərarı Moskva deyil, Kiyev verir. Üçüncüsü, bütün […]

Siyasət

İranda etirazlar daha da şiddətləndi – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı paylaşım etdi. Parada qatılan Lukaşenkonun halı pisləşdi, həkimlər çağırıldı. Moskvada nə baş verib? İranda etirazlar daha da şiddətləndi. Müəllimlər və pensiyaçılar ayağa qalxdı. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Siyasət

DTX-də Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı keçirilib – FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Xalq yazıçısı Elmira Axundovanın Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətindən bəhs edən “Dövlətin keşiyində” adlı kitabın təqdimat mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, tədbirdə DTX-nin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və onların ailə üzvləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Elmira Axundovanın yaradıcılığından ətraflı söhbət açıb, uzun illər ərzində Ümummilli Lider Heydər Əliyevin […]