Dünya

Ərdoğan: “Ölkəmizdə 21 ildə hər şeyi dəyişdik, bircə müxalifət qaldı”

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada canlı yayımda açıqlamalar verib. O,  zəlzələ bölgəsində 650 min yeni mənzilin tikiləcəyini qeyd edib.

“Zəlzələdə dağılmış şəhərlərimizin hər birinə dəfələrlə baş çəkmişəm. Biz dağıntıları tamamilə təmizlədik və 100 min konteynerin quraşdırılmasını başa çatdırdıq. 142 min yaşayış binası və evin tikintisinə başladıq, 59 min evin təməlini qoyduq. Zəlzələ bölgəsində 650 min yeni mənzil tikəcəyik və 1 ildə onlardan 310 minini təhvil verəcəyik”, – deyə dövlət başçısı bildirib.

O, ölkə müxalifətinin hökumətin səylərini gözdən salma cəhdlərini tənqid edib.

“Müxalifət şəhərlərə qayıdışı nə başa düşür, nə də qəbul edir. Amma biz gələcəyimizə hazırlaşırıq. Ölkəmizdə 21 ildə hər şeyi dəyişdik, bircə müxalifət qaldı. Onlara öyrədə bilmədik ki, yalanla, böhtanla, hədə-qorxu ilə hakimiyyətə müxalif olmaq olmaz”, – Ərdoğan vurğulayıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir