Şou-Biznes

Məşhur modelin “Formula 1″dəki geyimi MÜZAKİRƏ OBYEKTİ OLDU – FOTO

Məşhur model İrina Şeykin avtomobil yarışlarına gəldiyi geyimi bəyənilməyib. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Formula 1 Mayami" Qran Prisinin avtomobil yarışlarına şalvarsız, alt paltarını tül yubka ilə göstərərək qatılan rusiyalı model İrina Şeyk yarış həvəskarları tərəfindən sərt tənqid edilib. Bəzi yarış həvəskarları tənqidlərin dozasını artıraraq məşhur modeli təhqir ediblər.

Dünya

Heydər Əliyev Ankarada Şuşa salonunda anılıb – FOTO

Bu gün Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) Şuşa salonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. “Report”un məlumatına görə, tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Türkiyəyə işgüzar səfər edən Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin təşkilatçılığı ilə baş tutub. Anma mərasimində TADİV-in rəhbəri, professor Aygün Əttar, Qeyri-Hökumət […]

Siyasət

Heydər Əliyevin mühafizəçisi onunla bağlı xatirələrini bölüşdü – VİDEO

“1974-cü ildə məndən soruşdular ki, harada işləmək istəyərsən? Dedim ki, Heydər Əliyevin cangüdəni olmaq istəyirəm”. Bunu Baku TV-yə müsahibəsində ümummilli lider Heydər Əliyevin şəxsi mühafiziçisi Mahir Musayev deyib. O,1975-ci ildən hüquq-mühafizə orqanlarında xidmətə başlayıb. 1988-ci ildə Bakı şəhəri Əzizbəyov rayon Daxili İşlər Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub. Mahir Musayev 1992-ci ildə […]

Cəmiyyət

Bakıda yaşayış evində yanğın olub

Bakıda yaşayış evində yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, şəhərin Xətai rayonunda ümumi sahəsi 30 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az

Dünya

Pakistanı etiraz və iğtişaşlar dalğası bürüdü – VİDEO

Pakistanın müxalifətdəki Ədalət Uğrunda Hərəkat partiyasının tərəfdarları və fəalları çərşənbə axşamı ölkənin böyük şəhərlərində keçmiş baş nazir və partiya sədri İmran Xanın həbsi ilə bağlı etiraz aksiyalarına başlayıblar. Məlumata görə, nümayişlər İslamabad, Pişəvər, Haripur, Feysəlabad, Ravalpindi, Lahor və ölkənin digər yerlərində keçirilir. KİV nümayəndələrinin aksiyaları işıqlandırmasına icazə verilmir. Partiya tərəfdarlarını dağıtmaq üçün hökumət qüvvələri gözyaşardıcı […]

Cəmiyyət

İkinci Dünya müharibəsinin 102 yaşlı veteranı xatirələrindən danışdı – VİDEO

Yevlax sakini 102 yaşlı Abdulla Abdullayev İkinci Dünya müharibəsinin cəsur iştirakçılarından biridir. Onun sözlərinə görə, 226-cı Tank Diviziyasının tərkibində Stalinqrad, Ukrayna, Belarus cəbhələri və Yaponiya-Çin sərhədlərinə kimi döyüş yolu keçib. “Belarus prezidenti mənə medal verdi”, – deyə A.Abdullayev qeyd edib. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Cəmiyyət

Ərindən ayrı düşüb II Dünya müharibəsinə qoşuldu – VİDEO

“Həyat yoldaşım zavod direktoru idi. Ona dedilər ki, sən top-tüfəng hazırlayacaqsan, yoldaşın isə tibb bacısı kimi müharibəyə getməlidir. Mən getdim, o qaldı”. Bunu İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova Baku TV-yə müsahibəsində deyib. İki ay Leninqradda faşistlərin mühasirəsində qalan müharibə veteranı qeyd edib ki, tibb bacısı kimi könüllü xidmətinə Moskva ətrafındakı döyüşlərlə başlayıb. “Gün ərzində […]

Cəmiyyət

“Tərbiyəvi işin təşkili və psixoloq” ixtisasları üzrə zabitlərin yoxlanışı davam edir – FOTO

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən hərbi hissələrdə “Tərbiyəvi işin təşkili və psixoloq” ixtisasları üzrə zabitlərin yoxlanışı davam edir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Plana əsasən, hərbi hissələrdə bu ixtisaslar üzrə zabitlərin nəzəri bilikləri, praktiki fəaliyyətləri və fiziki hazırlıqları yoxlanılır, məqbullar qəbul edilərək müvafiq tapşırıqlar […]

Siyasət

Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar sosial çarx çəkildi – VİDEO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar sosial çarx çəkilib. Çarxın rejissoru Şahin Qəhrəman, aktyorları Nicat Mehdi, Səadət Abbasovadır.  Sosial çarx daun sindromlu uşaqların həyatından bəhs edir. Daun sindromlu uşağı canlandıran Nicat Mehdi açıqlamasında bu gün daun sindromlu insanlara dövlətin, xüsusən Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən danışıb: “Mehriban Əliyevanın himayəsində olan daun sindromlu […]

Siyasət

Ermənilər hansı vədə görə azərbaycanlılara hücum etdilər? – VİDEO

Baku TV-də yayımlanan Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb. Verilişdə Azərbaycanın tarixi torpaqlarında ermənilər yerlərini möhkəmləndirib daim yaşayacaqlarına təminat aldıqdan sonra azərbaycanlıları yurdlarından sıxışdırmağa və çıxartmağa başlamalarından söhbət açılıb. İndiki kimi onda da havadar rolunu oynayanlar onlara maddi, mənəvi, siyasi, hərbi hətta tarixin saxtalaşdırılması üçün yardımlar ediblər. Ətraflı verilişi təqdim edirik: Xeberal.az