Dünya

Lionda bələdiyyə binası yandırıldı – VİDEO

Fransada pensiya islahatına qarşı etiraz aksiyaları səngimir. Növbəti belə nümayiş Lionda baş tutub. Tədbir ölkə Prezidenti Emmanul Makronun şəhərə səfəri ərəfəsinə təsadüf edib. Etirazçılar Lionun 3-cü rayonunun bələdiyyəsinə hücum çəkərək, qurumun qapısını sındırıb, içərisinə alışqan maddələr atıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Xeberal.az

Dünya

Türkiyəli məşhur aktrisanın toyundan ilk görüntülər – FOTO

Məşhur türkiyəli aktrisa Ezgi Mola və Mustafa Aksakallı bu gün evləniblər. Bu barədə Ezgi Mola sosial şəbəkə hesabında paylaşım edib. Ailə üzvlərinin və yaxın dostların qatıldığı toy mərasimində 14 nəfər iştirak edib. Cütlüyün nikah şahidləri keçmiş futbolçu Sinan Engin, Aksakallının yaxın dostu Oğulcan Engin və Ezgi Molanın yaxın dostu Enis Arıkan olublar. Toy mərasimindən ilk fotoları […]

İdman

Messi ilin ən yaxşı idmançısı seçildi

Fransanın PSJ futbol klubunun argentinalı hücumçusu Lionel Messi “Laureus World Sports Academy” tərəfindən 2022-ci ilin ən yaxşı idmançısı mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi bazar ertəsi baş tutub. Messi 2022-ci ildə karyerasında ilk dəfə dünya çempionu olub və Qətərdə keçirilən turnirin ən yaxşı oyunçusu seçilib. Mükafat uğrunda mübarizədə argentinalı komanda yoldaşı fransalı Kilian Mbappeni, ikiqat “Formula-1” […]

Dünya

ABŞ Dövlət Departamentindən Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı AÇIQLAMA

Türkiyədə mayın 14-nə təyin edilmiş prezident seçkiləri bu ölkənin ABŞ ilə münasibətlərinə təsir etməyəcək, tərəflər onları dərinləşdirməyə davam edəcəklər. Bu barədə bazar ertəsi jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib. “Biz türk xalqının seçdiyi istənilən hökumətlə əməkdaşlığı davam etdirəcəyik. Biz bu əlaqələri dərinləşdirməyə, əməkdaşlığın müxtəlif istiqamətləri və […]

Dünya

Aİ Ermənistan və İran şirkətlərinə sanksiya tətbiq edəcək

Avropa İttifaqı Ermənistan və İranın Rusiyaya dəstək verən şirkətlərinə qarşı sanksiya tətbiq etməyi planlaşdırır. Bu barədə “Bloomberg” Avropa Komissiyasının daxili sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, Aİ-nin yeni sanksiyalar paketi Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Ermənistan və Özbəkistandan olan 35-dən çox şirkətə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Həmçinin, yeni […]

Siyasət

XİN: “Girov götürülmüş Azərbaycan hərbçilərinə qarşı qurama iddia və “məhkəmə prosesi”ni qınayırıq” – VİDEO

“Cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan Ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanın qurama “məhkəmə prosesi”ni və Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma “qərarı” qətiyyətlə qınayırıq”. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in girov […]

Cəmiyyət

Binəqədidə 45 yaşlı kişi qətlə yetirildi, ögey oğlu saxlanıldı

Binəqədidə 45 yaşlı kişi qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, mayın 8-də saat 22 radələrində paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində evlərin birində 1978-ci il təvəllüdlü Rahib Telman oğlu Mehdiyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, R.Mehdiyevin ögey oğlu, 2002-ci […]

İdman

Mark Zukerberq ilk dəfə iştirak etdiyi ciu-citsu turnirində qızıl medal qazandı – FOTO

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq Braziliyada keçirilən ciu-citsu turnirində iştirak edib. Bu barədə o, sosial şəbəkə hesablarında məlumat yayıb. Zukerberq ilk dəfə iştirak etdiyi yarışda qızıl və gümüş medallar qazanıb. Dünyanın ən zəngin adamlarından biri “Guerilla Jiu-Jitsu” komandasının heyətində yarışıb. Xeberal.az

Dünya

Dövlət Departamenti: “Bakı və İrəvan mümkün sazişin bəzi müddəalarını razılaşdırıblar”

Azərbaycan və Ermənistan nümayəndə heyətləri ötən həftə Vaşinqtonda keçirilən danışıqlarda potensial sülh sazişinin bəzi müddəalarını razılaşdırıblar. Bunu bazar ertəsi jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib. “Bizim fikrimizcə, ötən həftə aparılan müzakirələr konstruktiv olub. İnanırıq ki, Ermənistan və Azərbaycan nümayəndə heyətləri çətin məsələlərin həllində mühüm irəliləyiş əldə […]

Dünya

Kremlin Qələbə paradında hansı ölkə liderləri iştirak edəcəklər?

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bazar ertəsi Rusiyaya işgüzar səfərə yollanıb. Səfər çərçivəsində o, Moskvada Qələbə paradında iştirak edəcək. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Rusiya və Özbəkistan Prezidenti ilə yanaşı İkinci Dünya Müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar təntənəli tədbirlərdə Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Ermənistan liderlərinin də iştirakı gözlənilir. […]