Cəmiyyət

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır – VİDEO

Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır. Dünəndən festival iştirakçıları artıq Şuşaya gəlməkdədirlər. Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil […]

Dünya

Britaniyanın XİN rəhbəri Ukraynaya yardımı müzakirə etmək üçün ABŞ-yə yollanır

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli mayın 9-da Vaşinqtona səfər edəcək və Konqres üzvləri, həmçinin ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşəcək. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib. Qeyd olunur ki, səfərin əsas mövzusu Kiyevə yardım olacaq. “Ceyms Kleverli Ukraynanın qələbəsi üçün vahid beynəlxalq cəbhənin işinin vacibliyini vurğulayacaq”, – deyə bəyanatda qeyd […]

Dünya

Çempionlar Liqasında finala bərabər oyun: “Real Madrid” “Mançester Siti”ni qəbul edir

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək. “Report”un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Turnirin son qalibi olan İspaniya “Real Madrid”i finala gedən yolda İngiltərənin “Mançester Siti” komandasını qəbul edəcək. “Santyaqo Bernabeu” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək. İki […]

Cəmiyyət

Bakıda yük avtomobili yanıb – FOTO

Bakıda yük maşını qəflətən yanıb. APA xəbər verir ki, hadisə Bakı Dairəvi Avtomobil Yolunda qeydə alınıb. Yanğın qısa müddətdə genişlənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb. Bu səbəbdən hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunub. Fakt araşdırılır. Xeberal.az

Müharibə

Bu gün Şuşada “Xarıbülbül” festivalı başlayır – Xəbərlərin 09:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənistan və Azərbaycan liderləri mayın 14-də Brüsseldə görüşəcəklər. Avropa İttifaqı Şurası bəyanat yayıb.  “Girov götürülmüş əsgərlərimiz dərhal azad edilməlidirlər”. Xarici İşlər Nazirliyindən Ermənistana ciddi xəbərdarlıq.  Şuşada “Xarıbülbül” festivalı başlayır. Mədəniyyət paytaxtımız növbəti dəfə diqqət mərkəzində. Daha ətraflı BAKU NEWS-un 09:00 buraxılışında: Xeberal.az

Siyasət

Birinci vitse-prezident Mehriban Əliyevadan Qələbə Günü təbriki – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə veteranları təbrik edib. Bununla bağlı Birinci vitse-prezident sosial şəbəkədə paylaşım edib. “Faşizm üzərində Qələbə Günü münasibətilə bütün veteranlarımızı təbrik edir, hər bir vətəndaşımıza möhkəm cansağlığı, ölkəmizə sülh və tərəqqi arzulayıram!” – paylaşımda deyilir. #9may pic.twitter.com/JqxWwtpqeF — Mehriban Aliyeva (@1VicePresident) May 9, 2023   Xeberal.az

Cəmiyyət

Bakıda içərisində avtomobillər olan cərimə meydançası niyə sahibsiz qalıb? – VİDEO

Bakıda yerləşən, içərisində onlarla avtomobil olan cərimə meydançası sahibsiz qalıb. Xezerxeber.az xəbər verir ki, paytaxtın Binəqədi şosesi 53 ünvanında yerləşən cərimə meydançasındakı avtomobillərə sahib çıxan yoxdur. Uzun müddətdir buranın mühafizəçisi işləyən Elsevər Bağırov bildirib ki, 1 ay əvvəl meydançanın yeri dəyişdirilsə də, avtomobilləri aparan olmayıb. Buranın cərimə meydançası kimi fəaliyyət göstərməsini əks etdirən müqavilənin müddəti […]

Cəmiyyət

O dünyaya gedənin ölüm sənədini bu dünyada niyə vermirlər? – VİDEO

Vətəndaşlar ölüm haqqında şəhadətnamə almaqda çətinlik yaşadıqlarını iddia ediblər. Xezerxeber.az-ın məlumatına görə, iddiaya əsasən şəhadətnaməni almaq üçün müəyyən bir vaxt verilir və bu müddət ərzində müraciət etmədinsə, iş çətinləşir. Vəfat edən şəxsin ərazi üzrə poliklinikaya heç vaxt yolu düşməyibsə, o zaman iş birbaşa məhkəmədən keçir. Bakı Baş Səhiyyə Mərkəzinin şöbə müdiri İradə İsmayılovanın sözlərinə görə, ölüm haqqında tibbi şəhadətnamə Səhiyyə […]

Cəmiyyət

Bazarda hansı avtomobillərin ehtiyat hissələri bahalaşıb? – VİDEO

Bazarda köhnə avtomobillərin, yəni yaşı 10 ildən çox olanların ehtiyat hissələri bahalaşıb. Xezerxeber.az xəbər verir ki, qiymət artımı 10-15 faiz arasında dəyişir. Satıcılar bildiriblər ki, bu, özünü daha çox zavod buraxılış tarixinə görə, yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinin ehtiyat hissələrində göstərir. Satıcılar bahalaşmanı həmin avtomobillərin ehtiyat hissələrinin xarici ölkələrdə tükənməsi ilə əlaqələndirirlər: “Səbəblərdən […]

Cəmiyyət

9 May Qələbə Gününün 100 yaşlı canlı şahidi: “Berlində güllə atılmadı, özləri tabe oldular” – VİDEO

Astaranın Şiyəkəran kənd sakini Cəbrayıl Həmidovun İkinci Dünya müharibəsində döyüş yolu Almaniyanın Berlin şəhərinə kimi gedib çıxıb. 1942-ci ildə Rusiyanın Mazdok şəhəri uğrunda gedən döyüşlərdə yaralanan C.Həmidov hospitala yerləşdirilir və iki ay müalicədən sonra yenidən cəbhəyə qayıdır. “Berlində güllə atılmadı, özləri tabe oldular”, – deyə Cəbrayıl Həmidov qeyd edib. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az