Dünya

Dubay-Moskva reysində azyaşlını zorladılar

Sharing is caring!


Dubay-Moskva reysi zamanı “Aeroflot” şirkətinə məxsus təyyarədə səkkiz yaşlı uşaq zorlanıb.

Cinayətkar hadisəni təkrarlamaq üçün uşağı tualetə aparmaq istəsə də, azyaşlı anasının yanında qala bilib.

Belə ki, uşaq anası və qardaşı ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərindən tətildən qayıdırmış. Qadın oğlunu tanımadığı kişinin yanına oturdub, özü isə qabağa keçib digər uşağı ilə oturub.

Uçuş zamanı naməlum şəxs azyaşlını qorxudub və sakit otursun deyə onu hədələyib. Bundan sonra ona qarşı cinsi xarakterli hərəkətlər edərək azyaşlını zorlayıb. Uşaq hadisəni növbəti gün anasına danışıb və bundan sonra qadın polisə xəbər verib.

Polis pedofilin axtarışına başlayıb.

Mənbə: “Mash” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir