Cəmiyyət

Baş ədliyyə müşaviri Firad Əliyev Prokurorluğun Fəxri Fərmanı ilə təltif edilib – FOTO

Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xidməti vəzifələrini layiqincə və nümunəvi yerinə yetirdiyinə görə Baş Prokuror tərəfindən Azərbaycan Respublikası Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Firad Fuad oğlu Əliyev Bakı […]

Cəmiyyət

“Təmiz hava” aylığı: Atmosferi çirkləndirən nəqliyyat vasitələri – REPORTAJ + FOTO

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində may ayının 1-dən “Təmiz hava” aylığına start verib. “Təmiz hava” aylığı hər il müxtəlif vaxtlarda keçirilir. Məqsəd ekologiyanı qorumaqdır. Bu tədbir ətraf mühitin təmizliyinin, təhlükəsizliyinin qorunmasına və ekoloji nəzarətin gücləndirilməsinə bilavasitə xidmət edir. Ümumiyyətlə, aksiya atmosfer havasının […]

Cəmiyyət

Mina terrorizmi: Azərbaycan və Ukraynanı birləşdirən təhlükə

Genişmiqyaslı hərbi təcavüz nəticəsində Ukrayna dünyanın ən çox minalanmış ölkəsinə çevrilib. Amma ona dost olan bütün dövlətlərdən yalnız Azərbaycan oxşar problemlə üzləşib. Belə ki, Qarabağda Azərbaycan ərazilərinin minalanması buradakı Rusiya sülhməramlı qüvvələrinin bu məsələyə göz yumması nəticəsində davam edir. “Report” xəbər verir ki, bu barədə Ukraynanın həftəlik “Focus” jurnalında dərc olunan məqalədə deyilir. Qeyd olunub […]

Dünya

“Togg” ilk dəfə polis maşını kimi görüntüləndi – FOTO

Türkiyənin ilk yerli və milli avtomobili olan “Togg” birinci dəfə polis maşını kimi görüntülənib. Türkiyə daxili işlər naziri Süleyman Soylu və bəzi digər rəsmilər Atatürk Hava Limanı Millət bağçasında keçiriləcək “Böyük İstanbul mitinqi”ndən əvvəl bölgəyə gəliblər. Daxili işlər naziri Soylunun konvoyuna rəhbərlik edən polis maşınlarından biri də Türkiyənin ilk yerli və milli avtomobili “Togg” olub. […]

Siyasət

Azərbaycan avarçəkənləri “Prezident Kuboku-2023” reqatasını 14 medalla başa vurublar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında yarışlara yekun vurulub. “Report”un məlumatına görə, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan son gündə Azərbaycan idmançıları 5 medal qazanıblar. 2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində Vacib Babayev və Nihad Rəhimov cütlüyü ikinəfərlik kayakla 200 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıb. […]

İdman

“Qalatasaray” əfsanələri və Azərbaycan jurnalistlərinin millisi qardaşlıq görüşü keçirəcək

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə Türkiyədə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol matçı keçiriləcək.  Oxu.Az xəbər verir ki, oyun “Qalatasaray”ın UEFA kubokunu qazanmasından düz 23 il sonra – mayın 17-si İstanbulda, Florya Metin Oktay təsislərində baş tutacaq. Qardaşlıq görüşündə “Qalatasaray”ın əfsanəvi futbolçularından qurulmuş komanda Azərbaycan idman jurnalistlərinin […]

Dünya

Ronaldinyo Messiyə göstərdikləri münasibətə görə PSJ azarkeşlərini qınayıb

Braziliyalı keçmiş futbolçu Ronaldinyo PSJ azarkeşlərini Lionel Messini fitə basdıqları və təhqir etdikləri üçün qınayıb. “Mən heç vaxt Messini fitə basmağı və təhqir etməyi başa düşməyəcəyəm. Dünyanın ən yaxşı futbolçusunu alqışlamayıb, kimi alqışlayacaqsınız?”, – əfsanəvi oyunçu deyib. Xatırladaq ki, Messinin Səudiyyə Ərəbistanına razılaşdırılmamış səfəri klub və azarkeşlərin qəzəbinə səbəb olub. PSJ onu ikihəftəlik müddətə əsas […]

Siyasət

Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb. Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə F.Cudanın Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində iştirakı yüksək qiymətləndirilib. İdmanın inkişafı məqsədilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlərə diqqət çəkilərək Azərbaycanın artıq dünyada […]

Cəmiyyət

İrandan gələn narkotrafikin qarşısı alındı – Xəbərlərin 17:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından nə qədər gəlir əldə edilib? Energetika naziri rəqəmləri açıqladı.  İrandan gələn narkotrafikin qarşısı alındı. Dövlət Sərhəd Xidmətindən xüsusi əməliyyat.  Verdiyi borcu geri istəməsi tanışlar arasında mübahisəyə səbəb oldu. Paytaxtdakı silahlı insidentin detalları məlum oldu. Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: Xeberal.az

Siyasət

Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib – FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Naxçıvanda xarici diplomatların və hərbi attaşelərin iştirakı ilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan, o cümlədən onun fəaliyyətinin Naxçıvan mərhələsindən, ümummilli liderin Azərbaycan xalqının rifahı, ölkəmizin müstəqilliyinin möhkəmlənməsi […]