Dünya

Ronaldinyo Messiyə göstərdikləri münasibətə görə PSJ azarkeşlərini qınayıb

Sharing is caring!


Braziliyalı keçmiş futbolçu Ronaldinyo PSJ azarkeşlərini Lionel Messini fitə basdıqları və təhqir etdikləri üçün qınayıb.

“Mən heç vaxt Messini fitə basmağı və təhqir etməyi başa düşməyəcəyəm. Dünyanın ən yaxşı futbolçusunu alqışlamayıb, kimi alqışlayacaqsınız?”, – əfsanəvi oyunçu deyib.

Xatırladaq ki, Messinin Səudiyyə Ərəbistanına razılaşdırılmamış səfəri klub və azarkeşlərin qəzəbinə səbəb olub. PSJ onu ikihəftəlik müddətə əsas komandadan uzaqlaşdırıb. Azarkeşlər isə klubun bazasının önündə toplaşaraq Messinin ünvanına təhqiredici şüarlar səsləndiriblər. Bundan sonra argentinalı futbolçu Səudiyyə Ərəbistanına icazəsiz getdiyinə görə üzr istəyib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir