İqtisadiyyat

BP şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Birinci rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 min 307 nəfər olub. BP-dən AZƏRTAC-a bildirilib ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. Xeberal.az

İdman

İtaliya A Seriyasına ikinci vəsiqənin sahibi məlum oldu

Növbəti mövsüm İtaliya A Seriyasında yarışmaq hüququ qazanan ikinci komanda müəyyənləşib. Oxu.Az xəbər verir ki, “Cenoa” bir illik fasilədən sonra elitaya qayıdıb. Alberto Cilardinonun komandası B Seriyasında mövsümün bitməsinə iki tur qalmış ikinci yeri təmin edib. 72 xalı olan Genuya klubu üçüncü pillədəki “Bari”ni 8 xal qabaqlayır. Xatırladaq ki, ötən həftə “Frozinone” A Seriyasına vəsiqəni […]

Siyasət

Ərdoğan seçkidən danışdı: “Qətiyyətimizi aradan qaldıra bilməyən ssenarilərin dövriyyəyə buraxılma cəhdidir”

“Bunlar təkcə bədbəxt deyil, həm də bacarıqsızdırlar”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mersində keçirdiyi mitinqdə müxalifət barədə danışarkən deyib. O, mitinq iştirakçılarına xitabən “Ölkəni bu əyləncə ittifaqına həvalə etmək olarmı?” deyə soruşub. R. T. Ərdoğan mayın 14-də keçiriləcək prezident seçkilərinə toxunaraq bildirib: “Bu seçimlər ölkəmizdə uzun müddətdir fərqli formalarda sınaqdan keçirilərək qətiyyətimizi aradan qaldıra bilməyən […]

İdman

“Bayern” səfərdən qələbə ilə qayıdır – VİDEO

Almaniya Bundesliqasının 31-ci turunda lider “Bayern” “Verder”in qonağı olub. Oxu.Az xəbər verir ki, Münhen klubu rəqib meydanında 2:1 hesablı qələbə qazanıb. Tomas Tuxelin komandasına qələbə qazandıran qolları Serji Qnabri və Leroy Sane vurublar. “Verder”in təsəlli qoluna Niklas Şmidt imza atıb. Sona üç tur qalmış “Bayern” 65 xalla vahid liderdir və ikinci “Borussiya”nı 4 xal üstələyir. […]

Siyasət

Naxçıvanda struktur islahatları davam edir – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Muxtar Respublikada struktur islahatları davam edir. Naxçıvan Hərbi Prokurorluğu yaradıldı. Bakıda Xüsusi Təyinatlı Qüvvələr mənsubuna hücum edildi. Əlillik dərəcəsi almaq istəyən idmançı nazirlik əməkdaşının çənəsini sındırdı. İldə iki dəfə keçirilən bayram. Qaxda müxtəlif dinlərin nümayəndələri bir araya toplaşdılar. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Siyasət

Vaşinqton danışıqları: Ermənilər yenə sülhə razılaşmadılar

Azərbaycan və Ermənistan arasında Vaşinqtonda 4 günlük danışıqlar başa çatdı. Bəzi məqamlarla bağlı razılığın əldə edildiyi açıqlansa da, tərəflər arasında əsas bəndlərlə bağlı fikir ayrılıqları hələ də qalır. Qarşıdan Moskva görüşü gəlir.  ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda 4 gün davam edən görüşü keçirildi. Azərbaycan XİN-in yaydığı məlumata […]

Siyasət

Hikmət Hacıyev Aİ Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin sədri ilə görüşüb – FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronkla görüşüb. Bu barədə H. Hacıyev “Twitter” səhifəsində etdiyi paylaşımda bildirib. Paylaşımda deyilir: “Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsində üzv dövlətlərlə səmimi və açıq fikir mübadiləsinə görə təşəkkürlər hörmətli Delfin Pronk”. Dear […]

Kriminal

Bakıda müğənniyə görə həbs edilən baş həkimlə bağlı YENİ QƏRAR

Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov barəsində qərar dəyişdirilib.  “Qaynarinfo”nun məlumatına görə, müğənni Dəniz Əsədovanın yarım milyon manatdan artıq pulunu mənimsəməkdə ittiham edilən baş həkim barəsində məhkəmə yeni qərar verib.  Belə ki, bu ilin fevral ayında barəsində istintaq müddəti üçün 3 aylıq həbs qətimkan tədbiri seçilən R.İsfəndiyarov Sabunçu Rayon […]

Siyasət

Heydər Əliyevin fotoqrafı fəaliyyətə başlamasının tarixçəsini danışıb – FOTO

“Heydər Əliyev dahilərin dahisi idi. Mən xoşbəxt insanam ki, nə az, nə çox, düz 10 il, 1993-2003-cü illərdə o böyük insanın fotoqrafı olmuşam”. Bu sözləri Daxili Qoşunların Qubadakı hərbi hissəsində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edən qocaman fotoqraf Rafiq Bağırov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. Rafiq Bağırov ilk olaraq Heydər […]