Dünya

“Togg” ilk dəfə polis maşını kimi görüntüləndi – FOTO

Sharing is caring!


Türkiyənin ilk yerli və milli avtomobili olan “Togg” birinci dəfə polis maşını kimi görüntülənib.

Türkiyə daxili işlər naziri Süleyman Soylu və bəzi digər rəsmilər Atatürk Hava Limanı Millət bağçasında keçiriləcək “Böyük İstanbul mitinqi”ndən əvvəl bölgəyə gəliblər.

Daxili işlər naziri Soylunun konvoyuna rəhbərlik edən polis maşınlarından biri də Türkiyənin ilk yerli və milli avtomobili “Togg” olub.

“Togg”u birinci dəfə polis maşını kimi görən məmurlar və vətəndaşlar avtomobillə şəkil çəkdirmək üçün bir-biri ilə yarışa giriblər. “Togg”un içinə də girən vətəndaşlar nəqliyyat vasitəsinin çox dəbdəbəli və rahat olduğunu bildiriblər.

Mənbə: CNNTürk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir