Siyasət

Azərbaycan avarçəkənləri “Prezident Kuboku-2023” reqatasını 14 medalla başa vurublar

Sharing is caring!


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında yarışlara yekun vurulub.

“Report”un məlumatına görə, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan son gündə Azərbaycan idmançıları 5 medal qazanıblar.

2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində Vacib Babayev və Nihad Rəhimov cütlüyü ikinəfərlik kayakla 200 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıb. Sahib Əyyubzadə – Nuran Rəhimli dueti üçüncü olub.

2005-2006-cı il təvəllüdlü oğlanların 2 nəfərlik kayakla eyni məsafəyə yarışında isə Maarif Qarayev – Rüfət Rəhimov cütlüyü ikinci, Emil Allahverdiyev – Amil Süleymanov dueti üçüncü yeri tutublar.

Nəhayət, akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə Tunar Cəfərli fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan avarçəkənləri “Prezident Kuboku-2023” beynəlxalq reqatasını 14 medalla (2 qızıl, 3 gümüş, 9 bürünc) başa vurublar.

“Prezident Kuboku-2023”

Oğlanlar (2007-2008)

Birnəfərlik kayak (200 m)

1. Muhammet Emin Sulak

2. Volodimir Narayevski (Ukrayna)

3. Edqars Bitmanis

Oğlanlar (2007-2008)

Birnəfərlik kanoe (200 m)

1. Giorgi Ekaladze (Gürcüstan)

2. Kaan Ahmedov (Bolqarıstan)

3. Saveli Lijin (Qazaxıstan)

Qızlar (2007-2008)

İkinəfərlik kayak (200 m)

1. Özge Naz Yıldız – İşılsu Karvan (Türkiyə)

Oğlanlar (2005-2006)

İkinəfərlik kayak (200 m)

1. Nikolao Diakakis – Konstantinos Metaksas (Yunanıstan)

2. Maarif Qarayev – Rüfət Rəhimov (Azərbaycan)

3. Emil Allahverdiyev – Amil Süleymanov (Azərbaycan)

Oğlanlar (2009-2010)

İkinəfərlik kayak (200 m)

1. Vacib Babayev – Nihad Rəhimov (Azərbaycan)

2. Maksim Mençinski – Aleksander Sivinski (Polşa)

3. Sahib Əyyubzadə – Nuran Rəhimli (Azərbaycan)

Oğlanlar (2007-2008)

Akademik avarçəkmə üzrə 2 nəfərlik qayıq (1500 m)

1. Yovan Marinkoviç – Oqnyen Dobriç (Serbiya)

2. Emir Senpolat – Mustafa Efe Kınalı (Türkiyə)

3. Camalbek Turqunov – Savlat Musoyev (Özbəkistan)

Oğlanlar (2009-2010)

Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıq (1000 m)

1. Nikoloz Yordanişvili (Gürcüstan)

2. Giorgi Kapanadze (Gürcüstan)

3. Tunar Cəfərli (Azərbaycan)

Oğlanlar (2005-2006)

Birnəfərlik kayak (1000 m)

1. Denis Mençinski (Polşa)

2. Ali Kemal Sarar (Türkiyə)

3. Nika Odişelidze (Gürcüstan)

Oğlanlar (2005-2006)

Birnəfərlik kanoe (1000 m)

1. Sezar Amari (Moldova)

Qızlar (2005-2006)

Birnəfərlik kayak (1000 m)

1. Evrim Bostancı (Türkiyə)

Oğlanlar (2009-2010)

Akademik avarçəkmə üzrə 2 nəfərlik qayıq (1000 m)

1. Nikoloz Yordanişvili – Giorgi Kapanadze (Gürcüstan)

Oğlanlar (2005-2006)

İkinəfərlik kayak (1000 m)

1. Nikolao Diakakis – Konstantinos Metaksas (Yunanıstan)

Oğlanlar (2007-2008)

İkinəfərlik kayak (200 m)

1. Muhammet Emin Sulak – Rahmi Kaan Karahan (Türkiyə)

2. Tristan Tiginaşvili – Sandro Tezelaşvili (Gürcüstan)

3. Edqars Bitmanis – Oskars Paymetovs (Latviya)

Oğlanlar (2005-2006)

Akademik avarçəkmə üzrə 2 nəfərlik qayıq (2000 m)

1. Davit Laşkareyşvili – Luka Urtaşvili (Gürcüstan)

2. İsrofil Saidmuradov – Umidcan Saidmuradov (Özbəkistan)

3. Onur Sönmez – Barias Bali (Türkiyə)

Qeyd: Finalda 3 və ya 2 iştirakçı varsa, ancaq 1-ci yer təltif edilir.

Xatırladaq ki, reqataya mayın 4-də Suqovuşanda start verilib. Yarışda 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayıb. Mükafatlandırma və bağlanış mərasimləri mayın 7-də Bakıda keçiriləcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir