Cəmiyyət

Bağçalara qəbulla bağlı keçirilmiş müsabiqənin qalibləri hələ də işlə təmin olunmayıblar – VİDEO

Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqənin qalibləri Elm və Təhsil Nazirliyinin qarşısında toplaşıblar. Xezerxeber.az-ın məlumatına görə, onlar dekabr ayından bəri hələ də işlə təmin olunmadıqlarından narazıdırlar. Bağçalara işə qəbul üzrə müsabiqənin qalibləri işə düzəlmək üçün hələ nə qədər gözləyəcəklərini bilmədiklərini qeyd ediblər. Şikayətçilər qeyd ediblər ki, onlar yeni tədris ilində yığdıqları balların sıfırlanmasından qorxurlar. […]

Siyasət

Paşinyan: “Ermənistan işğal edilmiş kəndləri Azərbaycana qaytarmağa hazırdır”

Ermənistan işğal edilmiş kəndləri qarşılıqlı şəkildə Azərbaycana qaytarmağa hazırdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Azatutyun”a müsahibəsində danışıb. “1975-ci ilin xəritələrinə görə sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğumuzu deyirik”, – deyə əlavə edib. Xeberal.az