Cəmiyyət

Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb

Xaçmazda avtomobilin vurduğu velosipedçi ölüb. APA xəbər verir ki, 1993-cü il təvəllüdlü Seymur Bəyəli oğlu Dusmətov Köhnə Xudat kəndi ərazisindəki yolda idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Qusar şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən velosipedçi, 1998-ci il təvəllüdlü Sənan Cəmaləddin oğlu Həmrayevi vurub. Sənan Həmrayev hadisə yerində ölüb. Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılaraq istintaq aparılır. […]

Siyasət

DİN-də “Heydər Əliyev ili”nə həsr olunmuş tədbir keçirilib – FOTO/VİDEO

Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə mayın 6-da Daxili İşlər Nazirliyinin rəhbər heyəti, əməkdaşları və hərbi qulluqçuları Fəxri xiyabana gələrək ulu öndərin abidəsi önünə çiçək dəstələri düzüblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla […]

Siyasət

DTX-nin Mədəniyyət Mərkəzində Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konfrans – FOTO

DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Xidmətin Mədəniyyət Mərkəzində “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı elmi-praktiki konfrans keçirilib. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və xidmətin rəhbər […]

Cəmiyyət

Siyavuş Aslanın oğlu: “Heç atam da qoymurdu ki, qardaşımla oturub-durum” – FOTO

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan bir həftə əvvəl vəfat edib, lakin onun cənazəsi təhvil alınmadığından bu müddətdə Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyində qalıb. Moderator.az məsələ ilə bağlı mərhumun qardaşı Eldar Aslanla əlaqə saxlayıb. Siyavuş Aslanın kiçik oğlu qardaşının ölümündən xəbərsiz olduğunu bildirib: “Vallah xəbərim yoxdur. Ailəsi olaraq xəbər versəydilər, bilərdik. Deyirlər ki, […]

Siyasət

Erhan Ertürk: “Azərbaycandakı möhtəşəm tədbirdə olduğumuz üçün qürur duyuruq” – FOTO

“Belə möhtəşəm tədbirdə burada olduğumuz üçün qürur duyuruq”. “Report” xəbər verir ki, bunu Türkiyə Avarçəkmə Federasiyasının prezidenti Erhan Ertürk ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası ilə bağlı danışarkən deyib. Funksioner təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib: “Qardaş ölkəmiz bizi çox yaxşı qarşıladı. Azərbaycan və Türkiyə qarşıdakı illərdə […]

Müharibə

HDQ-də Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib – FOTO/VİDEO

Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib. Müdafiə Nazirliyi rəsmilərinin, HDQ şəxsi heyətinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, […]

Siyasət

TDT baş katibinin müavini: “Heydər Əliyev bütün türk dünyasının dahi şəxsiyyəti idi”

“Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dahi şəxsiyyəti idi” “Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanda səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Yerjan Mukaş jurnalistlərə açıqlamasında bildirib. “Bu gün Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün burdayam. Bu simvolikdir, çünki təşkilatımız 2009-cu ildə sammit zamanı […]

Cəmiyyət

Bakıda qəzaya uğrayan mikroavtobus aşdı – VİDEO

Bu gün səhər saatlarında Kürdəxanıda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, qəzanın videosu sosial şəbəkələrdə paylaşılıb. “Mercedes” markalı avtomobil ilə mikroavtobus toqquşub. Qəza nəticəsində mikroavtobus aşıb. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. O bildirib ki, qəzaya səbəb nəqliyyat […]

Dünya

Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəldi

Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 67 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 finalda Ali Habibinejadla (İran) döyüşüb. Görüş İsgəndərovun qələbəsi ilə yekunlaşıb. O, rəqibini 4:1 (27:30, 29:28, 29:29, 30:26, 29:28) hesabı ilə məğlub edib. İsgəndərov 1/8 finalda rusiyalı Tarxan […]

Cəmiyyət

Ağcabədidə bələdiyyə işçilərinin əməkhaqları tutulub – VİDEO

Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin bir qrup əməkdaşının aprel ayı üzrə əməkhaqlarından bir hissəsi tutulub. Bu barədə elə həmin işçilər özləri məlumat veriblər. Bildirilib ki, bəzi işçilərin maaşından 15 manat, bəzilərindənsə 35 manat tutulub. Bir ildən artıqdır ki, Dost İş Mərkəzinin xətti ilə çalışdıqlarını bildirən şikayətçilər ilk dəfədir belə vəziyyətlə üzləşdiklərini deyirlər. […]