Cəmiyyət

Bakıda qəzaya uğrayan mikroavtobus aşdı – VİDEO

Sharing is caring!


Bu gün səhər saatlarında Kürdəxanıda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəzanın videosu sosial şəbəkələrdə paylaşılıb.

“Mercedes” markalı avtomobil ilə mikroavtobus toqquşub. Qəza nəticəsində mikroavtobus aşıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

O bildirib ki, qəzaya səbəb nəqliyyat vasitəsinin kənar yoldan əsas yola çıxarkən “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozması olub:

“Qəza zamanı mikroavtobus boş olub. Avtobus sürücüsü qolundan yüngül xəsarət alıb. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Yol-nəqliyyat hadisəsində ölüm qeydə alınmayıb”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir