Siyasət

TDT baş katibinin müavini: “Heydər Əliyev bütün türk dünyasının dahi şəxsiyyəti idi”

Sharing is caring!


“Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dahi şəxsiyyəti idi”

“Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanda səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Yerjan Mukaş jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün burdayam. Bu simvolikdir, çünki təşkilatımız 2009-cu ildə sammit zamanı Naxçıvanda təsis edilib. Mənim üçün ikiqat şərəfdir, çünki mən Qazaxıstanın Azərbaycandakı səfirliyində də çalışmışam. Naxçıvanda olmağıma çox şadam”, – deyə diplomat qeyd edib.

Y.Mukaş vurğulayıb ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dahi şəxsiyyəti idi:

“O, türk dünyası arasında körpü rolunu oynayırdı. Düşünürəm ki, bu cür insanlar dünyaya yüz ildə bir dəfə gəlirlər. Hər kəsi bu əlamətdar tarix münasibətilə təbrik edirəm. Bu cür tədbirin iştirakçısı olmaqdan qürur duyuram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir