Cəmiyyət

Sabirabadın Narlıq kənd orta məktəbi Heydər Əliyev Fondu tərəfindən təmir edilərək istifadəyə verilib – FOTO

Sharing is caring!


Sabirabad rayonunun Ə.Səmədov adına Narlıq kənd orta məktəbi Heydər Əliyev Fondu tərəfindən təmir edilərək istifadəyə verilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Narlıq kəndində 1975-ci ildə inşa olunan Ə.Səmədov adına tam orta məktəb istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən bu ilin əvvəlində inşasına başlanılıb.

Bilik Gününə hazır olan ikimərtəbəli yeni məktəb binası 300 şagird yerlikdir və dörd korpusdan ibarətdir. Yeni tədris ilini tam təmirli məktəbdə başlayan şagird və müəllimlər üçün keyfiyyətli tədris prosesi üçün lazımi şərait yaradılıb.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə müasir standartlara cavab verən fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları və açıq idman meydançası qurulub. Həmçinin, məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir