Siyasət

TBMM sədri: “Türkiyə və Azərbaycan bundan sonra da həmrəyliyi davam etdirəcəklər” – FOTO

Sharing is caring!


“Türkiyə və Azərbaycan, dünən və bu gün olduğu kimi, gələcəkdə də “tək millət, iki dövlət” şüarı ilə həmrəyliyi davam etdirəcəklər”.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş “X” sosial şəbəkə hesabında yazıb.

O, Bakının işğaldan azad olunmasının 105-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib:

“Bakı fatehi, Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanı və əsgərlərinin xatirəsini hörmətlə anıram. Qəbirləri nurla dolsun, məkanları cənnət olsun”.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 105-ci ildönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə hərbçiləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir